AZ

"Çelsi" Ukrayna millisinin futbolçusu üçün 78 milyon avro ödəməyə hazırdır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ukrayna millisinin və "Şaxtyor"un yarımmüdafiəçisi Georgi Sudakov karyerasını Londonun "Çelsi" klubunda davam etdirə bilər.
Oxu.Az xəbər verir ki, İngiltərə klubu futbolçu ilə ciddi maraqlanır və onun transferi üçün təxminən 78 milyon avro ödəməyə hazırdır.
Əvvəllər Sudakovun karyerasını "Arsenal"da davam etdirə biləcəyi barədə məlumatlar yayılmışdı.
Sudakov bu mövsüm bütün turnirlərdə 11 matçda iştirak edib və bu matçlarda yeddi qol vurub, iki məhsuldar ötürmə edib.
Qeyd edək ki, "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 35 milyon avrodur.
Seçilən
104
50
oxu.az

5Mənbələr