AZ

Süni zəka 4 dəfə çox su işlədir – Alimlər etiraz etdi

ABŞ alimləri süni intellektin dünyada geniş istifadə edilməsindən sonra bu platformaların ekologiyaya nə qədər zərər vurmasıyla bağlı araşdırma aparıblar.
BUTA.TV xəbər verir ki, Kaliforniya Universitetinin tədqiqatçılarının araşdırmasında süni intellekt platformalarının gözləniləndən 4 dəfə çox su istehlak etdiyi məlum olub. Məlumata görə, süni zəka 10-50 sorğunu emal edənə kimi serverləri soyutmaq üçün iki litrə qədər su işlədir. Süni intellektin inkişaf mərhələsində yalnız yarım litr suyun istifadə olunacağı düşünülürdü.

Tədqiqatçılar süni intellekt üçün enerji istehsalı prosesinin səmərəsiz olduğunu və resursların 60 faizinin boşa getdiyini iddia edirlər. Texnologiya şirkətləri isə 2030-cu ilə qədər sudan istifadəni kompensasiya etməyə söz veriblər.

Seçilən
54
2
buta.tv

10Mənbələr