AZ

Avtomobilləri səkilərdən yığışdırmaq üçün nələr edilməlidir? - Ekspert DANIŞDI

Son zamanlarda parkinq xidməti ilə bağlı bir çox yeni qaydaların tətbiq olunmasına baxmayaraq, avtomobillərin səkiləri zəbt etdiyini görürük. 

Belə ki, istənilən piyada yolunda avtomobilin saxlanılmasını görmək adi bir hala çevrilib. Bəzi sürücülər bunu çox normal qəbul edərək, harada istəsələr avtomobillərini park edirlər. Lakin onların bu addımı piyadaların həyatlarını təhlükəyə atır. 

Çünki piyada avtomobilə görə səkidə öz yolu ilə gedə bilmədiyi üçün məcbur qalıb yola çıxır. Bu zaman isə qarşıdan gələn avtomobillərin hərəkətinə mane yaradır. Həmçinin, öz həyatını riskə atır. Əlbəttə ki, bu qəza vəziyyətinin yaranmasının əsas səbəbkarı da avtomobilini səkilərdə park edən sürücülərdir. 

Bəs bunun qarşısını almaq üçün nə etmək lazımdır? 

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlama verib. Onun sözlərinə görə, sürücülər yer tapa bilmədiyi üçün avtomobillərini səkilərdə park etməyə məcbur qalırlar:

360613

"Bu gün parklanma şəhərdə əsas problemlərdən birinə çevrilib. Yəni Bakıda avtomobil tapmaq üçün yer tapmaq müşkül məsələdir. Üstəlik, parklanma xidməti də çox bahadır. 

Ona görə sürücülər səkilərdə, hətta blokların və həyətlərin girişlərində belə avtomobil saxlayırlar. Daha dəqiq desək, avtomobillərini harada boş yer tapsalar ora park edirlər". 

Ekspert bunun qarşısını almaq üçün atılacaq addımlardan da bəhs edib:

"Mütləq şəkildə avtomobillər üçün yeni parklanma zolaqları yaradılmalıdır. Həmçinin, ödənişlərin də daha münasib qiymətə olması vacibdir. Yəni yüksək olan mövcud parkinq qiymətləri endirilməlidir. 

Bununla da parkinq problemi avtomatik olaraq öz həllini tapacaq. Ondan sonra heç kim avtomobillərini səkilərdə saxlamağa məcbur olmayacaq və buna meyl göstərməyəcək".

Pərviz

Seçilən
76
23
hit.az

10Mənbələr