Göygöl rayonundakı heyvan bazarında qumar oynayan 7 ticarətçi saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, saxlanılan şəxslər bazarda qoyun, quzu, inək və hətta kartof satan ticarətçilər olub.
Onlar bazarda "VAZ 2106" markalı avtomobildə qumar oynayıblar. Saxlanılan şəxslər 3 qrupa bölünüb və 3 oyun "duraki" oynayıblar. Şərtə görə uduzan komandalar qonaqlıq verməli imiş. Bonus kimi 0.7 litr araq da hədiyyə etməli imişlər.
Məhkəmənin qərarı ilə saxlanılan şəxslərin hər biri İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 3.000 min manat cərimə ediliblər.
Aydın