Moskvada ən bahalı mənzilin kirayəsi ayda 4,2 milyon rubla başa gələcək.
Bu barədə Rusiya mediası Intermark Rent-in araşdırmasına istinadən məlumat yayıb.
Şirkət üçüncü rübün nəticələrinə əsasən paytaxtdakı kirayə mənzillərin “qızıl yüzlüyünün” reytinqini təhlil edib (Prime Central Moscow Rentals TOP-100 Index). İyul-sentyabr aylarında siyahıda olan mənzillərin orta qiyməti əvvəlki rüblə müqayisədə 5% artaraq ayda 1,48 milyon rubl təşkil edib. Seçimdən ən ucuz mənzil ayda 800 min rubla başa gələcək.
"Bütövlükdə bazarda yüksək tələb və təklifin olmaması kirayəçiləri öz büdcələrinə yenidən baxmağa vadar edir”, - deyə Intermark Rent-in baş direktoru Yelena Kulikova qeyd edib.
Bu gün Moskvada təkrar daşınmaz əmlak bazarında ən bahalı mənzili almaq 1,8 milyard rubla başa gəlir. Söhbət Xamovnikidə Xilaskar Məsihin Katedralinin və Xarici İşlər Nazirliyinin binasına mənzərəsi olan yeddi otaqlı mənzildən gedir.
Qeyd edək ki, Rusiya paytaxtı dünyanın ən bahalı şəhərləri sırasındadı.
Tural