AZ

İntizam Komitəsinin qərarları

19 oktyabr 2024-cü il tarixində Misli Premyer Liqasında X turun “Neftçi” – “Səbail” oyununun 81-ci dəqiqəsində “Neftçi” klubunun 14 nömrəli futbolçusu Edvin Kuç rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Neftçi” klubu 1000 manat cərimə edilir (maddə 41);
19 oktyabr 2024-cü il tarixində Misli Premyer Liqasında X turun “Neftçi” – “Səbail” oyununun fasiləsində meydançaya kənar şəxs daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 51.2);
 
20 oktyabr 2024-cü il tarixində Misli Premyer Liqasında X turun “Zirə” – “Sabah” oyununun 45+4-cü dəqiqəsində “Sabah” klubunun köməkçi məşqçisi Saşa Sablyak oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanır, “Sabah” klubu 1000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 36.8, 32);
 
20 oktyabr 2024-cü il tarixində Misli Premyer Liqasında X turun “Sumqayıt” – “Turan Tovuz” oyununun 2-ci hissəsi “Turan Tovuz” klubu meydançaya gec çıxdığına görə gec başladığı üçün “Turan Tovuz” klubu 1500 manat cərimə edilir (maddə 60.4);
 
16 oktyabr 2024-cü il tarixində I Liqada V turun “Qaradağ Lökbatan” – “Mingəçevir” oyununda “Mingəçevir” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Mingəçevir” klubu 70 manat cərimə edilir (maddə 37);
 
16 oktyabr 2024-cü il tarixində I Liqada V turun “Karvan” – “İmişli” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Karvan” klubu 100 manat cərimə edilir (maddə 70.1);
 
16 oktyabr 2024-cü il tarixində I Liqada V turun “Karvan” – “İmişli” oyununda “Karvan” azarkeşləri rəqib futbolçuları təhqir etdiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Karvan” klubuna xəbərdarlıq edilir (maddə 43.7);
 
16 oktyabr 2024-cü il tarixində I Liqada V turun “Karvan” – “İmişli” oyununda meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” klubu 80 manat cərimə edilir (maddə 51.2);
 
16 oktyabr 2024-cü il tarixində I Liqada V turun “Karvan” – “İmişli” oyununda “Karvan” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Karvan” klubu 80  manat cərimə edilir (maddə 52.1);
 
16 oktyabr 2024-cü il tarixində I Liqada V turun “Karvan” – “İmişli” oyununun 90-cı dəqiqəsində “Karvan” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Karvan” klubu 150 manat cərimə edilir (maddə 52.2);
 
16 oktyabr 2024-cü il tarixində I Liqada V turun “Karvan” – “İmişli” oyununun 90+1-ci dəqiqəsində “İmişli” klubunun 13 nömrəli futbolçusu İdris İnqilablı azarkeşlərə kənar əşya atdığına görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “İmişli” klubu 200 manat cərimə edilir (maddə 40.4);
 
16 oktyabr 2024-cü il tarixində I Liqada V turun “Karvan” – “İmişli” oyununda “İmişli” klubunun 10 nömrəli futbolçusu Bahadur Həziyev azarkeşlərə kənar əşya atdığına görə 2 oyun cəzalanır, “İmişli” klubu 200 manat cərimə edilir (maddə 40.4);
 
18 oktyabr 2024-cü il tarixində I Liqada V turun “Cəbrayıl” – MOİK oyununda “Cəbrayıl” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Cəbrayıl” komandası 70 manat cərimə edilir (maddə 37);
 
18 oktyabr 2024-cü il tarixində I Liqada V turun “Cəbrayıl” – MOİK oyununun 83-cü dəqiqəsində “Cəbrayıl” klubunun 8 nömrəli futbolçusu Zeynəddin Abdurahmanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Cəbrayıl” komandası 50 manat cərimə edilir (maddə 36.5);
 
18 oktyabr 2024-cü il tarixində I Liqada V turun “Cəbrayıl” – MOİK oyununun 80-ci dəqiqəsində MOİK klubunun 15 nömrəli futbolçusu Nihad Tamazov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, MOİK komandası 50 manat cərimə edilir (maddə 36.5);
 
18 oktyabr 2024-cü il tarixində I Liqada V turun “Zaqatala” – “Baku Sportinq” oyununda “Baku Sportinq” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilir (maddə 91);
 
19 oktyabr 2024-cü il tarixində Əvəzedicilər liqasında X turun “Kəpəz-2” – “Qarabağ-2” oyununun 36-cı dəqiqəsində “Qarabağ-2” komandasının 63 nömrəli futbolçusu Hacı İbrahim ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Qarabağ-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);
 
19 oktyabr 2024-cü il tarixində Əvəzedicilər liqasında X turun “Kəpəz-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilir (maddə 91);
 
19 oktyabr 2024-cü il tarixində Əvəzedicilər liqasında X turun “Kəpəz-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandası futbolçu limitinin pozduğuna görə “Qarabağ-2” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir, “Qarabağ-2” komandası 400 manat cərimə edilir (maddə 61.5);
 
20 oktyabr 2024-cü il tarixində Əvəzedicilər liqasında X turun “Şamaxı-2” – “Araz-Naxçıvan-2” oyununda “Araz-Naxçıvan-2” komandasının heyətində 4 nəfər sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilir (maddə 37);
 
20 oktyabr 2024-cü il tarixində Əvəzedicilər liqasında X turun “Şamaxı-2” – “Araz-Naxçıvan-2” oyununda “Araz-Naxçıvan-2” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilir (maddə 91).
 
21 oktyabr 2024-cü il tarixində Əvəzedicilər liqasında X turun “Sumqayıt-2” – “Turan Tovuz-2” oyununda “Sumqayıt-2” komandası legioner limitini pozduğuna görə “Sumqayıt-2” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir, “Sumqayıt-2” komandası 400 manat cərimə edilir (maddə 61.5);
 
19 oktyabr 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən Sabah FK-Dinamo(Baku) oyununda Dinamo(Baku) komandasının heyətində N1 futbolçu İbrahim Bağırov qarşılaşmanın 18-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)
 
20 oktyabr 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən Səbail PFK-Masallı PFK oyununda Masallı PFK komandasının heyətində N44 futbolçu İslam Şahgəldiyev qarşılaşmanın 80-ci dəqiqəsində ciddi kobud oyuna görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 39.1)
 
20 oktyabr 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən Kəpəz PFK –Turan Tovuz FK oyununda  Kəpəz PFK komandasının heyətində N10 futbolçu Raul İsaqov qarşılaşmanın 90+2-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)
 
19 oktyabr 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən Neftçi PFK –Sabah FK oyununda  Sabah FK komandasının heyətində N6 futbolçu Nihad Cəfərzadə qarşılaşmanın 86-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)
 
18 oktyabr 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən Universal Football Academy –Dinamo(Bakı) oyununda  Universal Football Academy komandasının heyətində N10 futbolçu Əkbər Yusubov qarşılaşmanın 79-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)
 
19 oktyabr 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən Vətən İOEUGFMPHŞ –Sumqayıt FK oyununda  Sumqayıt FK komandasının məşqçisi Ruslan Poladov qarşılaşmanın 18-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə texniki zonadan cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 42.4)
 
19 oktyabr 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən Zirə PFK –Kəpəz PFK oyununda  Kəpəz PFK komandasının məşqçisi İlqar Hüseynov qarşılaşmanın 76-cı dəqiqəsində köməkçi hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 5 oyun cəzalandırılsın. (maddə 43.4)
 
20 oktyabr 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən Yasamal FM –Turan Tovuz FK oyununda  Turan Tovuz FK komandasının heyətində N2 futbolçu Nəriman İsmayılov qarşılaşmanın 80-ci dəqiqəsində oyunun bərpasını ləngitdiyinə ikinci sarı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)
 
20 oktyabr 2024-cü il tarixində AFFA U-10 Liqasında keçirilən Ahmedoğlu FK –Muğan PFK PFK oyununun 15-ci dəqiqəsində Ahmedoğlu FK komandasının köməkçi məşqçisi Şəhruz Salmanov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına, texniki zonadan uzaqlaşdırıldıqdan sonra da hakimi təhqir və hədə-qorxu gəlməyə davam etdiyinə görə 5 oyun cəzalandırılsın (maddə 43.4)
 
20.10.2024-cü il tarixində keçirilən futzal üzrə 1-ci liqada 1-ci turun Star Kargo – Xan Lənkəran oyununda, Xan Lənkəran komandasının oyunçusu Orxan Qədirov oyunun 30-cu dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə bir başa qırmızı vərəqə ilə meydandan cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)
 
20.10.2024-cü il tarixində keçirilən futzal üzrə 1-ci liqada 1-ci turun Dəstə Ordubad - Timsport oyununda, Dəstə Ordubad komandasının oyunçusu Zoobin Partoo oyunun 24-cu dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə bir başa qırmızı vərəqə ilə meydandan cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)
 
20.10.2024-cü il tarixində keçirilən futzal üzrə Yüksək liqada 1-ci turun Baku Fire – Araz Naxçıvan oyununda,Baku Fire komandasının oyunçusu Amadeu Fernandes Da Silva Sorbinyo oyunun 31-ci dəqiqəsində qeyri-idman hərəkəti (Perspektivli hücumun qarşını almaq və ya mane olmaq üçün topa əl ilə toxunmaq) səbəbindən bir oyunda 2-ci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
Seçilən
46
4
affa.az

10Mənbələr