AZ

"Qarabağ" çox təhlükəli rəqibdir - “Ayaks”ın futbolçusu

"Qarabağ"ı ciddi analiz etmişik".

"Unikal" xəbər verir ki, bu sözləri Niderlandın “Ayaks” komandasının futbolçusu Daniele Ruqani UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri III tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, Ağdam təmsilçisinin avrokuboklarda böyük təcrübəyə malik olduğunu bildirib: "Sabah bizi çətin oyun gözləyir. "Qarabağ" həm yerli liqada, həm də Avropa arenasında yaxşı oyunlar keçirir. Çox təhlükəli rəqibdir".

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

Seçilən
30
10
unikal.az

7Mənbələr