"Qərb Cənubi Qafqazdakı proseslərə təsir imkanlarını saxlamağa, o cümlədən regionda sabitliyi pozmağa çalışır. Buna nail olmaq üçün isə onlar hər şeyə, o cümlədən yeni müharibələrə başlamağa, köhnə münaqişələri aktivləşdirməyə hazırdırlar”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi həftəlik brifinqdə deyib.
“ABŞ-nin Gürcüstanın Rusiyaya qarşı ikinci cəbhə açmasına yönəlmiş cəhdləri Qərblə oyun oynamağın təhlükəsini açıq şəkildə nümayiş etdirir. Mən hələ suveren dövlətlərin işlərinə müdaxilədən danışmıram, çünki onlar bunu mütəmadi olaraq edirlər”, - Zaxarova qeyd edib.
O bildirib ki, bu davranış ABŞ və Avropa İttifaqı (Aİ) ilə oyun oynamağa çalışan hər kəsə dərs olmalıdır:
“Onların vədlərinin nə ilə nəticələnəcəyini anlamaq lazımdır. Onlar əvvəlcə qızıl dağlar vəd edəcəklər, lazım gələndə isə öz suverenlik və müstəqilliyindən əl çəkməyi tələb edəcəklər".
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta