AZ

ABŞ-nin kommersiya neft ehtiyatları 426 mln. bareli ötüb

Ötən həftənin yekunlarına görə, ABŞ-də kommersiya neft ehtiyatları 5 474 min barel artaraq 426 024 min barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 800 min barel artacağını proqnozlaşdırırdı.

Qeyd edək ki, ABŞ-nin neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Seçilən
25
8
apa.az

10Mənbələr