Sərfəli mobil operator "Nar” abunəçilərinə balanslarında yetərli məbləğ olmadığı zaman "İnternetKredit” xidməti vasitəsilə internet paketləri sifariş vermək imkanı yaradıb.
Sifariş olunan 200 MB data kredit üçün 0.68 AZN, 800 MB data kredit üçün isə 1.88 AZN məbləğ hesablanır. Bu məbləğlər data paketi, xidməthaqqı və sorğu xərclərinin tam dəyərini özündə ehtiva edir və paketlərin ümumi dəyəri abunəçi balansını artırdığı zaman çıxılır.
Qeyd edək ki, birdən çox data kredit götürmək də mümkündür – bu zaman ümumi kredit məbləği abunəçinin mövcud limitinə əsasən dəyişir. "Nar” nömrəsinin mövcud data kredit borcunu *771#150#YES şifrəsi ilə nəzarətdə saxlamaq mümkündür.
"İnternetKredit” xidmətindən istifadə etməzdən öncə *771#7#YES şifrəsini yığaraq nömrənizin kredit götürmək üçün uyğunluğunu yoxlayın. Həmçinin nar.az/Narkredit səhifəsindən xidməthaqqında bütün məlumatı əldə edə bilərsiniz.
www.anews.az