AZ

Zəfər xronikası. 26 oktyabr 2020-ci il: Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib (FOTO/VİDEO)

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

2020-ci il oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibəverib.

Trendmüsahibəni təqdim edir:

- Hər vaxtınız xeyir, cənab Prezident. Xahiş edirəmdeyin, yeni sülh barışığı, bu yeni atəşkəs qüvvədə olacaqmı? Səhvetmirəmsə, bu, artıq üçüncü atəşkəsdir.

- Hər şey Ermənistanın özünü necə aparacağından asılı olacaq.Ona görə ki, ilk iki atəşkəs məhz Ermənistan tərəfindən pozulub.Humanitar mülahizələrə əsaslanan birinci atəşkəsdən sonra 24 saatərzində Ermənistan atəşkəsi pozdu. Özü də vəhşicəsinə, gecə vaxtıGəncə şəhərinə ballistik raket atmaqla. Birinci atəşlər nəticəsində10 nəfər həlak oldu, xeyli insan yaralandı. Sonra onlar daha birdəfə, yenə gecə vaxtı Gəncəyə zərbə endirdilər. Bu dəfə qurbanlarınsayı daha çox oldu. Ona görə də biz cavab verməyə məcbur idik.

İkinci atəşkəsə gəldikdə isə bizdə atəşkəsin Ermənistantərəfindən pozulmasının xronologiyası var. Onlar təyin edilmişatəşkəs saatından düz 2 dəqiqə sonra atəşkəsi pozdular. Bu gün saat08.00-dan yeni atəşkəs qüvvəyə minib. İndi Bakıda səhər saat10.00-dır. Saat 8-dən təxminən 3-4 dəqiqə sonra Tərtər şəhərinəyenidən bir neçə mərmi atılıb. Biz buna cavab vermirik. Ümid edirikki, bu, təsadüfən olub. Lakin əgər bu, davam etsə, təbii ki, bizadekvat cavab verməyə məcbur olacağıq.

-Cənab Prezident, sentyabrın axırlarında Sizin hərbiəməliyyatlara başlamağınıza, əslində, nə səbəb olmuşdu? Nə üçünbelə oldu?

-Bu, siyasi və hərbi xarakterli hadisələrin gedişi ilə bağlıdır.Əsas səbəb ondan ibarətdir ki, Ermənistan danışıqlar prosesini hərvasitə ilə pozmaq istəyirdi. Ermənistanın yeni hökuməti dəfələrləbəyan etmişdi ki, baza prinsipləri ondan ötrü qəbuledilməzdir, o,işğal edilmiş ərazilərin bircə qarışını belə qaytarmağahazırlaşmır. Bu isə baza prinsiplərinə ziddir. Baş nazir bəyanedirdi ki, Azərbaycan danışıqları Ermənistan ilə deyil, qondarma"Dağlıq Qarabağın" rəhbərləri ilə aparmalıdır. Bu, həm bizim üçün,həm də ATƏT-in Minsk qrupu üçün qəbuledilməz idi. Baş nazir,həmçinin bəyan edirdi ki, "Qarabağ Ermənistandır və nöqtə". Bununlada o, danışıqlar prosesini tamamilə pozmuş oldu. Son bir ildəpraktiki olaraq, danışıqlar aparılmayıb və Ermənistan bununtəqsirini bizim üzərimizə yıxmaq üçün üç dəfə təxribat cəhdigöstərdi - iyul ayında sərhəddə, avqust ayında təxribat qrupugöndərildi və sentyabr ayında bizim dinc şəhərlər atəşə tutuldu.Onlar yəqin düşünürdülər ki, biz bu dəfə də təmkin göstərəcəyik,lakin belə olmadı. Biz onlara elə cavab verdik ki, indi onlartəəssüflənirlər.

- Elə isə Siz öz hərbi əməliyyatlarınızı hansı şərtlərdaxilində dayandırmağa razı olacaqsınız? Siz dəfələrlə demisinizki, Ermənistan tərəfindən konstruktiv yanaşma zəruridir.Konstruktiv yanaşma necə olmalıdır?

- Konstruktiv yanaşma ondan ibarət olmalıdır ki, onlar başnazirin şəxsində açıq bəyan etməlidirlər ki, baza prinsipləriniqəbul edirlər. Baza prinsipləri isə keçmiş Dağlıq Qarabağ MuxtarVilayətinin ətrafında yerləşən yeddi rayonun Azərbaycanaqaytarılmasını və azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağərazisinə, o cümlədən Azərbaycanın qədim Şuşa şəhərinəqayıtmalarını nəzərdə tutur. Prinsip etibarilə bu yanaşmalar BMTTəhlükəsizlik Şurasının dörd qətnaməsinə əsaslanır, həminqətnamələr də praktiki olaraq, bunu tələb edir. Lakin Ermənistanınbaş naziri deyəndə ki, onlar bircə qarış belə torpağı bizəverməyəcəklər, Ermənistanın müdafiə naziri bəyan edəndə ki,Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə başlayacaq və bizəqarşı təcavüz həyata keçiriləndə, bu, əlbəttə, konstruktiv yanaşmadeyil. O deməlidir ki, bəli, işğal edilmiş ərazilər Azərbaycanaqaytarılacaq, bəli, azərbaycanlılar Dağlıq Qarabağa, o cümlədənŞuşaya qayıdacaqlar, bax, onda biz çox tezliklə razılığagələrik.

- Cənab Prezident, bir məsələ çox mübahisəlidir. Bəziölkələr, təkcə Ermənistan deyil, o cümlədən Fransa da Sizi vəTürkiyəni Suriyadan minlərlə muzdlunun Türkiyədən keçməklə Qarabağagöndərilməsində ittiham edirlər. Siz bu cür ittihamlara necə cavabverərsiniz, Azərbaycan ərazisində türkiyəli döyüşçülərin vəTürkiyəyə məxsus hərbi təyyarələrin olması barədə ittihamlara Siznecə cavab verərsiniz?

- Mən bu suala bir neçə dəfə cavab vermişəm, bir də cavabverərəm. Əvvələn, bizə bu cür əsassız ittihamları cəmi iki ölkətəqdim edib – Fransa və Rusiya. Fransa Prezidentin şəxsində, Rusiyaisə Xarici Kəşfiyyat İdarəsinin rəhbərinin şəxsində. Hərbiəməliyyatlar başlanandan dərhal sonra bizə bu cür ittihamlar təqdimedilib. Lakin artıq bir aya yaxın vaxt keçib, bizə heç bir dəlil,heç bir sübut təqdim edilməyib. Üstəlik, ilk dəfədir deyirəm, mənFransa tərəfə müraciət etmişəm ki, müvafiq xidmətlərin müvafiqrəhbərləri görüşsünlər, söhbət etsinlər və bizə sübutlar təqdimetsinlər. Bizə heç nə təqdim edilməyib. Ona görə bütün bunlarinsunasiyadır. Bütün bunlar Azərbaycana qara yaxmaq cəhdidir. Məntəəssüflənirəm ki, bu cür əsassız ittihamlar həmsədr ölkələrdəndaxil olur. Onlar obyektiv olmalıdırlar. Axı, biz RusiyadanErmənistana nə qədər silah göndərilməsi barədə hər gün danışmırıq.Axı, biz demirik ki, bu gün kənardan kömək olmasa Ermənistan işğaledilmiş ərazilərdə bircə gün də dayana bilməzdi. Həm siyasi dəstək,həm hərbi, həm də mənəvi dəstək, özü də bunlar bitərəfliyə riayətetməli olan ölkələr tərəfindən gəlir. Buna görə biz buinsunasiyaları qətiyyətlə rədd edirik, buna ehtiyac yoxdur. Bizimnizami ordunun 100 min döyüşçüsü var. Zərurət yaranarsa, biz ümumisəfərbərlik elan edərik. Yeri gəlmişkən, Ermənistandan fərqliolaraq, biz bunu elan etməmişik. Ona görə bütün bunlar yalan vəböhtandır. Əməliyyatlarda Türkiyə qoşunlarının iştirakına gəldikdəisə bu da yalandır. Heç bir sübut yoxdur. Türkiyənin F-16təyyarəsinin Azərbaycan ərazisində olması onun nəticəsi olub ki,münaqişə ərəfəsində bizdə birgə hərbi təlimlər keçirilib. Axı, bizdemirik ki, Ermənistan ərazisində Rusiyanın neçə MiQ-29, Su-30təyyarəsi var. Axı, biz demirik ki, Ermənistanda, Gümrüdəki bazadaRusiyanın 5 minlik qoşunu var və bizdə olan məlumata görə oradanvaxtaşırı olaraq Ermənistan silahlı qüvvələrinə təchizat göndərilirvə bizim barəmizdə deyilənlərdən fərqli olaraq, bunlar faktdır. Onagörə də bizi ittiham etmək istəyənlərə təklif edirəm ki, yalaninformasiyaya əsaslanan bu cür tez-tələsik nəticələr çıxarmazdanəvvəl özlərinə baxsınlar.

- Cənab Prezident, sonuncu sual bu və ya digər dərəcədəbizim ölkəyə - İtaliyaya da aiddir. Siz yəqin bilirsiniz ki,Avropada ərazi mübahisələrinin və ya regional separatizmin dincyolla nizamlanmasına dair çoxlu uğurlu nümunələr var. Belənümunələrdən biri bizdə - İtaliyadadır. Bu, Alto-Adice (Zyudtirol)regionudur. Sizə elə gəlmirmi ki, İtaliya Qarabağın statusunun həlledilməsi üçün öz təcrübəsi ilə konkret kömək edə bilərdi. Xüsusənona görə ki, İtaliya həm Sizinlə, həm də Ermənistanla çox səmimi,sıx, güclü siyasi, mədəni əlaqələrə malikdir.

- Bəli, mən hesab edirəm ki, İtaliya münaqişənin nizamlanmasıişində çox mühüm rol oynaya bilər. Qeyd etməliyəm ki, Minsk qrupuyaradılan vaxt, çoxdan, təqribən 30 il bundan əvvəl bu Minskqrupunun rəhbəri məhz İtaliya nümayəndəsi, italiyalı diplomat idi.Bu, həmsədrlər təsisatı yaradılandan əvvəl idi. Həmsədrlər təsisatıyaradılandan sonra Minsk qrupu, əslində, ölkələr qrupu kimi heç birfəaliyyət göstərməyib, çünki həmsədrlər bu fəaliyyəti özlərinininhisarına götürüblər. Bunun nəyə gətirib çıxardığını görürük. 28il ərzində heç bir irəliləyiş olmayıb, heç bir nəticə yoxdur,yalnız vədlər, yalnız bürokratik prosedurlar var və bu gün bizəbelə gəlir ki, əslində, həmsədrlərin fəaliyyəti münaqişənin həllinədeyil, onun dondurulmasına yönəlmişdi. İtaliyada mövcud olan modeləgəldikdə isə biz onu öyrənmişik. Biz Aland adaları modelini, muxtarqurumların digər uğurlu təcrübələrini də öyrənmişik. Ermənistandanfərqli olaraq, Azərbaycan çoxmillətli dövlətdir. Yəqin sizbilirsiniz, Ermənistanda əhalinin 99 faizi ermənilərdir. Buna görəçox müsbət olan bu özünüidarə təcrübəsi bizim halda da tətbiq ediləbilərdi. Yeri gəlmişkən, mənim bildiyimə görə 1990-cı illərinortalarında bu cür təkliflər olub. Hətta qeyri-hökuməttəşkilatlarının nümayəndələrindən, politoloqlardan ibarət qruplarsizin ölkəyə də, haqqında danışdığınız regiona da, Aland adalarınada səfər edirdilər. Lakin Ermənistan bunu həmişə qəti surətdə rəddedirdi. Onlar hesab edirdilər ki, dünyanın aparıcı ölkələrininhərbi, siyasi, iqtisadi dəstəyinə güvənərək bizim əraziləri əbədiişğal edə biləcəklər, lakin onlar kobud səhv edirdilər. Bu gün bizözümüzün haqlı olmağımızı döyüş meydanında sübut edirik. Biz BMTTəhlükəsizlik Şurasının qətnamələrini həyata keçiririk vəbeynəlxalq hüququ bərpa edirik.

- Cənab Prezident, ən sonuncu sual: bir ildən sonra bizbu münaqişədə hansı səviyyədə olacağıq? Münaqişənin həlli olacaqmı?Yoxsa bu, münaqişənin həlli olacaq?

- Bilirsiniz, bu bir ay ərzində mən, demək olar ki, hər günxarici kütləvi informasiya vasitələrinin nümayəndələri iləünsiyyətdə oluram və Azərbaycan xalqına öz müraciətlərimdə bizimmövqeyimizi həmişə dəqiq şərh edirəm. Biz Qarabağ regionunun, –təkcə Dağlıq Qarabağın deyil, həm də Aran Qarabağın, çünki QarabağAzərbaycanın böyük bir hissəsidir, - gələcəyini həm oraya qayıtmalıolan azərbaycanlıların, həm də hazırda orada yaşayan ermənilərindinc yanaşı yaşayacaqları firavanlaşan, dinc bir ərazi kimigörürük. Bizim mövqeyimiz bundan ibarətdir. Hesab edirəm ki,tərəflərin qarşılıqlı xoş məramı olsa buna nail olmaq mümkündür.Ona görə ki, axı, bu gün Bakıda və Azərbaycanın digər şəhərlərindəminlərlə erməni yaşayır. Həm Rusiyada, həm də Gürcüstandaazərbaycanlılar və ermənilər biznesə malikdirlər, qarışıq ailələrvar. Buna görə də düşünürəm ki, barışıq mümkündür, sadəcə,Ermənistan rəhbərliyi işğalçı siyasətdən imtina etməlidir. Əgərbelə olsa biz öz investisiyalarımızla və ölkənin yenidən qurulmasıüzrə təcrübəmizlə bu regionu dünyanın ən firavan regionlarındanbirinə çevirə bilərik. Lakin bundan ötrü müharibənin nəticələriaradan qaldırılmalıdır. İşğal aradan qaldırılmalıdır,azərbaycanlılar əsrlərboyu yaşadıqları torpaqlara qayıtmalı vəerməni əhali ilə qonşuluqda, razılıq şəraitində yaşamalıdırlar. Bu,asan olmayacaq, buna vaxt lazım gələcək. Lakin Avropa ölkələrininvuruşduğu İkinci Dünya müharibəsindən sonra ölkələrin necəbarışdığını bilirik – bugünkü qonşular o vaxt çox insanı qətləyetiriblər. Lakin bu, daim yaddaşda yer tutmamalı, nifrətdoğurmamalıdır. Erməni ideoloqları bu gün bununla məşğuldurlar. Xoşməram göstərilməlidir. Əgər belə olsa, mənim dediyim olacaq. Əgərolmasa, biz hər bir halda bu torpaqları qaytaracağıq. Döyüşmeydanında bugünkü vəziyyət də bunu göstərdi. Biz onları nəyinbahasına olsa, qaytaracağıq. Ya dinc yolla, ya da müharibə yoluilə, lakin qaytaracağıq. Buna görə düşünürəm ki, Ermənistanrəhbərliyi bu barədə ciddi düşünməli və düzgün addım atmalıdır.

- Cənab Prezident, çox sağ olun və italyanlar demişkən,bono fortuno.

- Siz də sağ olun. Təşəkkür edirəm.

- Xudahafiz.

- Xudahafiz.

Zəfər
Zəfər
Zəfər
Məqalədə:
Seçilən
90
50
az.trend.az

10Mənbələr