"Kim milyoner olmak ister"in növbəti buraxılışında yenidən Azərbaycanla bağlı suala yer verilib.
Musavat.com olay-a istinadən xəbər verir ki, "Sən olasan Gülüstan"ın ifadəsinin hansı ölkənin himnində istifadə olunduğu soruşulub.
Bu zaman Hamza adlı iştirakçı Azərbaycan, ABD, Fransa və Meksika variantlarından birini seçə bilməyib. O, "tamaşaçıdan soruşma" haqqından istifadə edib. Bu hal aparıcı Oktay Kaynarcanı əsəbiləşdirib.
Kaynarca iştirakçının bu suala rahatlıqla cavab verə bilməməyinə təəccüblənərək reaksiya verib.