AZ

Lavrov bu türk ölkəsinə səfərini təxirə saldı

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 28-29 oktyabr tarixlərində Özbəkistana planlaşdırılan səfəri təxirə salınıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiya xarici işlər naziri ilə özbəkistanlı həmkarı arasında baş tutan telefon danışığından sonra departamentin saytında dərc edilmiş məlumatda deyilir:

"İş qrafiklərindəki dəyişikliklərlə əlaqədar Sergey Viktoroviç Lavrovun oktyabrın 28-29-da Daşkəndə planlaşdırılan səfərinin təxirə salınması barədə razılıq əldə olunub".

Qeyd olunub ki, söhbət zamanı tərəflər Rusiya və Özbəkistan arasında hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqliyin daha da möhkəmləndirilməsinə yönəlmiş iki dövlət liderlərinin qərarlarının həyata keçirilməsi üçün birgə fəal işi davam etdirmək niyyətlərini təsdiqləyiblər.

Seçilən
32
12
axar.az

10Mənbələr