Xalq artisti Miri Yusif ad gününü səhnədə qeyd edib.
Dergi.az xəbər verir ki, müğənni özəl günündə şəhər restoranlarının birində konsert proqramı ilə çıxış edib. O yeni albomunun işıq üzü gördüyünü dilə gətirib və albomda yer alan mahnılardan səsləndirib.
Miri Yusifi dinləməyə gələnlər arasında teleaparıcı Tural Əsədov və həyat yoldaşı Gülgün Qurbanova, blogerlər yer alıblar.