Çində “Xpeng Aeroht” şirkəti uçan avtomobil zavodunun inşasına başlayıb.
Sitat.info xəbər verir ki, bununla bağlı məlumatı şirkətin Mətbuat xidməti yayıb.
Quançjou şəhərində yerləşən müəssisə dünyada uçan avtomobillərin kütləvi istehsalı ilə məşğul olan ilk zavodu olacaq.
Zavodun 2026-cı ildə istismara veriləcəyi gözlənilir. Onun istehsal gücü ildə 10 min avtomobil təşkil edir./Qafqazinfo