AZ

Rusiya İranın vurulmasını şərhd edib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov İsrailin İrana zərbələrini şərh edib və Yaxın Şərqdəki hazırkı vəziyyətin gərginləşəcəyini  bildirib.

Onun sözlərinə görə, Rusiya bu münaqişənin bütün ölkələri ilə əlaqə saxlayır.

Oxu24.com xəbər verir  ki, “Rusiya həqiqətən də təmkinli olmağa çağırmaq və gərginliyin azaldılması cəhdlərini asanlaşdırmaq üçün əlindən gələni edir”, -  deyə Peskov bildirib.

O qeyd edib ki, Moskva bunu davam etdirir və edəcək.

“Bölgədə son dərəcə gərgin vəziyyət qalmaqdadır, təbii ki, indi təmkinli olmaq çox vacibdir”, - Kreml sözçüsü əlavə edib.

Rusiya prezidenti Vladimir Putin BRİKS sammitində bildirib ki, Yaxın Şərqdə münaqişənin kəskinləşmə dərəcəsi regionu genişmiqyaslı müharibə astanasına qoyur. Dövlət başçısı qeyd edib ki, regionda baş verən hər şey “zəncirvari reaksiya”ya bənzəyir. Nəhayət, Putin qeyd edib ki, baş verənlər bütün Yaxın Şərqi genişmiqyaslı müharibənin astanasına qoyur.

 

Miri

 

Seçilən
78
50
oxu24.com

10Mənbələr