Gürcüstanın paytaxtı Tiflisdə parlament binasının önündə müxalifətin etiraz aksiyası keçirilir.
Axar.az xəbər verir ki, etiraz aksiyasına görə Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvilinin çağırışı ilə etirazçılar 26 oktyabrda keçirilən parlament seçkilərinin nəticələrinə etiraz edirlər.