AZ

Çin ABŞ seçkilərinə müdaxilə etmək niyyətində olmadığını bildirib

Çin kiberhücumlara və kiberoğurluqlara qarşıdır və ABŞ-ın seçkilərə müdaxilə cəhdləri ilə bağlı iddialarını rədd edir.

“Report” xəbər verir ki, bu barədə “TASS”a Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Lyu Penyuy bildirib.

O, “Washington Post”un “çinli hakerlər amerikalı siyasətçilərin telefon zənglərini dinləyib” iddiasına cavabında deyib:

“Konkret vəziyyətdən xəbərimiz yoxdur. Bununla bağlı şərh verə bilmərik. Çin kiberhücumların əsas qurbanlarından biridir. Çinin mövqeyi sabit və aydındır: Çin kiberhücumlara və istənilən formada kiber oğurluğa qəti şəkildə qarşıdır”.

O, Pekinin prezident seçkilərini ABŞ-ın daxili işi hesab etdiyini və onlara müdaxilə etmək niyyətində olmadığını vurğulayıb, həmçinin seçki prosesi zamanı Vaşinqtonun Çinə qarşı müvafiq ittihamlar irəli sürməyəcəyinə ümid etdiyini bildirib.

Seçilən
17
6
sam.az

7Mənbələr