AZ

Ərdoğan bu gün xalqa müraciət edəcək - FOTO

Türkiyədə Cümhuriyyət Günü qeyd olunur

Bu gün qardaş Türkiyədə ölkənin ən böyük bayramı - Cümhuriyyət Günü qeyd olunur.

Bizim.Media xəbər verir ki, 1923-cü il oktyabrın 29-da ölkə parlamentinin Ankarada keçirilən iclasında Türkiyə Cümhuriyyəti elan edilib. Birinci çağırış Türkiyə Böyük Millət Məclisinin (TBMM) 158 deputatının hamısı qanun layihəsinin lehinə səs verib.

Həmin gün ölkənin ilk prezidentinin seçkiləri baş tutub. O, namizədliyi yekdilliklə təsdiqlənən Mustafa Kamal Atatürk olub.

Beləliklə, idarə forması məsələsi həll olunub və Türkiyə tarixində yeni səhifə açılıb.

Cümhuriyyət Gününə həsr olunmuş ilk bayram tədbirləri bir il sonra baş tutub və bu əlamətdar gün 1925-ci ildə rəsmi “milli bayram” statusu alıb.

Cümhuriyyət Günü münasibətilə ölkənin 81 vilayətinin hər birində, eləcə də Türkiyənin xarici nümayəndəliklərində və Şimali Kipr Türk Cümhuriyyətində bayram tədbirləri keçirilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində Cümhuriyyətin yaranmasının 101-ci ildönümü münasibətilə həmvətənlərini təbrik edəcək.

Türkiyə dövlətinin başçısı hökumət üzvləri, Baş Qərargah və ölkənin siyasi partiyalarının nümayəndələrinin müşayiəti ilə Ankarada Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət edəcək.






Bizim.Media

Seçilən
89
8
bizim.media

9Mənbələr