Sevil və Sevinc Səfərova bacıları televiziyada çalışarkən aldıqları maaşı açıqlayıblar.
Publika.az xəbər verir ki, “Xəbərin var?” verilişində qonaq olan əkizlər ən az maaşı “Xəzər” telekanalında çalışarkən aldıqlarını deyiblər.
“Adama 400 manat maaş alırdıq. Ödənişli gələn qonaqlardan, sponsorlardan da pul ödəmirdilər. Öz gətirdiyimiz sponsorlardan da faiz ödəmirdilər. ATV-də isə adama 3 min manat maaş alırdıq”, – deyə əkizlər qeyd ediblər. (olay)