AZ

Klozedən Mahir Emreli ilə bağlı açıqlama

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze futbolçusu, Azərbaycan millisinin üzvü Mahir Emreli haqqında danışıb.

"Unikal" xəbər verir ki, o, 27 yaşlı hücumçunun get-gedə daha yaxşı çıxış etdiyini söyləyib: 

"Bəzən mənə elə gəlir ki, Emreli ilə Stefanos Tsimas hələ bir-birlərinə tam öyrəşməyiblər. Bununla belə, Tsimas artıq topu özündə saxlaya bilir. Mahirdən bir az da hərəkətli olmağını istəyirəm. Hərəkətdə olanda onun nə qədər dinamik ola biləcəyini görürsünüz”.

Qeyd edək ki, Mahir Emreli bu yay "Nürnberq"ə keçib. O, komandasının 2-ci Bundesliqadakı son 2 matçında qol vurub.

Seçilən
43
38
unikal.az

10Mənbələr