AZ

Kadırov dron hücuma görə qisasla hədələyib: MƏHV EDƏCƏYİK!

Çeçenistanın rəhbəri Ramzan Kadırov deyib ki, Qudermesdəki Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinə hücuma cavab olaraq, bunu təşkil edənlərə heç vaxt xəyal etmədikləri cəza veriləcək.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, o, cəbhə xəttindəki bütün komandirlərə Ukrayna Silahlı Qüvvələrinin əsgərlərini “əsir götürməməyi” və “mübarizəni 100%-dən çox gücləndirməyi tapşırıb.

“Onlar bizə diş batırdılar, biz onları məhv edəcəyik. Onların heç ağlına belə gətirmədiyi bir cəzanı yaxın gələcəkdə göstərəcəyik. Bizimlə zarafat etməyinizə icazə verməyəcəyik”, - deyə Kadırov jurnalistlərə bildirib.

Çeçenistan rəhbəri hesab edir ki, hücum təşkil edilən bu obyekt hərbi qulluqçuların hazırlandığı yer olduğu üçün seçilib. Ukrayna Silahlı Qüvvələri ona hücum etməklə onu qorxutmaq istəyiblər. O, həmçinin çeçen döyüşçülərinin indi xüsusi hərbi əməliyyat zonasında səylərini ikiqat artıracaqlarına söz verib.

Xatırladaq ki, bu gün Qudermesdəki Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinə dron hücumu olub. Nəticədə universitetin dam örtüyü yanıb, xəsarət alan olmayıb.

Seçilən
74
50
ikisahil.az

10Mənbələr