AZ

DİQQƏT! Müştəri bilmədən mağazada qiymətli əşyanı sındırarsa ziyan necə ödənilməlidir? 

Bəzən elə hallar olur ki, vətəndaş müştəri qismində hansısa bir mağazada çox və ya az dəyərli bir əşyanı bilmədən sındırır. Yaxud da müştərinin azyaşlı övladı bunu edir. Belə olan haldsa isə mağaza nümayəndələri isə vətəndaş arasında mübahisələr yaranır. Bu kimi vəziyyətlərdə dəymiş ziyanı necə ödəmənilməlidir? Müştəri məmnuniyyətini əsas prinsip kimi qəbul edən şirkətlər belə hallarda necə addım atır?



Məsələ ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Referans.az" target="_blank">Referans.az-a açıqlamasında bildirib ki, belə hallarda təbii ki, dəymiş ziyan müştəri tərəfindən ödənilir.  Əgər məhsul və ya əşyaya zərər uşaq tərəfindən dəyibsə o zaman ziyanı maddi olaraq valideyn qarşılamalıdır. Lakin  burada   uşağın da yaş həddi məsələsi var. Uşaq 7 yaşına qədərdirsə o zaman heç bir məsuliyyət yoxdur. Həmçinin bu kimi halların baş verməməsi üçün uşaqlı valideynlər də gərəkdir ki, diqqətli olsunlar.




Xalid Kərimli onu da qeyd edib ki, əgər hadisə valideyn məsuliyyətsizliyi üzündən baş veribsə o zaman birbaşa cavabdeh valideyndir. Məsələ burasındadır ki, bu mülki məcəlləyə də uyğun olaraq dəymiş ziyan ödənilməlidir. 


"Bununla belə vəziyyətdən asılı olaraq mağaza sahibi bu kimi məqamlarda könüllü olaraq güzəştlər də edə bilər. Eyni zamanda da etiraz edə bilər və heç bir güzəşt etməz. İstənilən halda bu kimi situasiyalarda məsuliyyəti maddi zərər vuran şəxs qarşılamalıdır",-deyə ekspert əlavə edib.


Bünyamin Bünyadzadə

Referans.az

Seçilən
35
referans.az

1Mənbələr