Rusiya Xarici İşlər Nazirliyi anti-Rusiya gündəmi yaratdıqları üçün 131 avstraliyalının ölkəyə girişinə qadağa qoyub.
Teleqraf.com yerli mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi öz saytında məlumat yayıb.
Məlumata görə, sanksiyaların bir hissəsi olaraq əlavə 131 Avstraliya vətəndaşının Rusiya Federasiyasına qeyri-müəyyən müddətə girişi bağlanıb .
Qeyd olunur ki, Rusiyaya girişi qadağan edilən şəxslər arasında hərbi sənaye kompleksinin nümayəndələri, jurnalistlər və ictimai xadimlərdən var.
Müəllif: Arzu