Zaqatalada avtomobil yaşayış evinə və qaz xəttinə çırpılıb, 300-dən çox abonent qazsız qalıb.
Xezerxeber.az xəbər verir ki, hadisə rayonun Yengiyan kəndinin ərazisində baş verib.
Rayonun Kəpənəkçi kənd sakini idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbilə avtomobili yolun kənarındakı iri diametrli qaz xəttinə çırpıb. Qəzadan sonra xəttdə təbii qazın verilməsi kəsildikdən sonra yanğın sönüb.
Hadisə nəticəsində 320 abonent qazsız qalıb. Hadisə zamanı kənd sakini Laləzar Orucovanın həyətyanı sahəsinin daş hasarının bir hissəsi zərbənin gücündən dağılıb. Qəza zamanı Avtomobildə olan iki sərnişin xəsarət alıblar. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qaz təchizatında yaranan fasilə bərpa edilib.
Ağsuda da qəza baş verib. Yol-nəqliyyat hadisəsi Muradlı kəndi ərazisində qeydə alınıb. Belə ki, 33 yaşlı Tehran Səlimov avtomaşınla Kürdəmir istiqamətində hərəkətdə olarkən digər yük maşınına arxadan çırpılıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Hər 2 faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.