AZ

Bir həftə öncə yanan fəhlə xəstəxanada ölüb

Təkər emalı müəssisəsində yanıq xəsarətləri alan 42 yaşlı fəhlə xəstəxanada ölüb.

APA xəbər verir ki, 23.10.2024-cü il tarixində Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində yerləşən “Azreferum” QSC-də qaynaq işi görən 1982-ci il təvəllüdlü Təbriz Səfər oğlu Məmmədəliyev qaz sızması nəticəsində baş verən partlayışda ağır yanıq xəsarətləri alıb.

Aparılan müalicə və müayinələrə baxmayaraq Təbriz Məmmədəliyev bu gün müalicə aldığı Bakı şəhərində yerləşən Yanıq Mərkəzində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
36
8
apa.az

9Mənbələr