AZ

"Ford"un işçiləri tətil edəcəklər

Böyük Britaniyada "Ford" avtomobil müəssisəsinin 1000-dən çox işçisi əməkhaqqı mübahisələrinə görə tətilə çıxmağa hazırlaşır.

Azreform.info oxu.az-a istinadla xəbər verir ki, bu barədə Britaniyanın "Unite" həmkarlar ittifaqının bəyanatında deyilir.

"Ford" zavodunda 1000-dən çox inzibati işçiyə təsir edən əməkhaqqı və müqavilə dəyişiklikləri ilə bağlı uzunmüddətli münaqişə sabahdan başlayacaq tətilə çevrilib", - deyə bəyanatda vurğulanıb.

Qeyd edilib ki, şirkət işçilərinə daimi maaş artımı təklif edə bilməyib, bunun əvəzinə 2024-cü il üçün birdəfəlik ödəniş təklif edib.

Seçilən
28
3
azreform.info

4Mənbələr