AZ

Azərbaycanlı məşhur HƏYATININ ŞOKUN YAŞAYIB: İllər sonra ÖGEY olduqların öyrənib - FOTO

"Biz 4 qardaş, 4 bacıyıq. Mən əsgərlikdən gələndən sonra bilmişəm ki, bu qardaş ögeydir, mənim qardaşım deyil". 

Titul.az xəbər verir ki, bu şok açıqlamanı ARB-nin efirində Manaf Ağayev deyib.

Müğənni atasının başqa qadından olan övladının evlərinə necə gəlib, doğmalaşdığını efirdə açıqlayıb:

"Əsgərlikdən gələndən sonra doğma qardaş olmadığımızı bildim. Səndemə anam atamın başqa qadından olan övladına görə həbs olunmaması üçün adını qoyub ki, "əkiz övladım olub", onu götürüb öz övladı kimi saxlamağa. Bir döşünü verib ona, bir döşünü dünyasın dəyişən bacıma verirdi. Bunu da heç vaxt hiss etdirməyiblər ki, ögey qardaşımızdır. Yeməyin ən yaxşı yerin ona verirdi, ona üstünlük verirdi həmişə.

İndi birimizə bir mesaj gəlir, ailə dağılır e. Görün necə qadınlarımız olub. Körpəliyindən başqa qadından olan uşağı öz övladından da yaxşı baxıb". 

 

Seçilən
103
5
titul.az

6Mənbələr