Fransanın Marsel şəhərinin bəzi ərazilərində təmizlik işçilərinin tətili səbəbindən bir neçə gündür zibil yığılmır və küçələrdə tullantı təpələri əmələ gəlib.
APA “France 3” telekanalına istinadən xəbər verir ki, işçilər pis iş şəraitindən, işçi heyəti və avadanlıq çatışmazlığından şikayət edirlər.
Məlumata görə, təmizlik işçiləri öz şərtləri yerinə yetirilənə qədər tətili davam etdirmək niyyətində olduqlarını bildiriblər.