“Şimali Koreya qoşunları ölkəyə daxil olarsa, Ukrayna cavab tədbirləri görməlidir”.
Missiya.Az “Le Monde” qəzetinə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.
Ağ Ev rəhbəri Rusiyanın Ukrayna ilə həmsərhəd olan Kursk bölgəsində belə qoşunların olmasından narahat olduğunu bildirib.
Ukrayna kəşfiyyatının məlumatına görə, 3 min Şimali Koreya hərbçisi Kursk vilayətində yerləşdirilib.
Daşqın HəsənovMissiya.Az