Qadın futbolçulardan ibarət millimiz bu gün Avropa çempionatının pley-off mərhələsində cavab oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, millimiz Portuqaliya yığması ilə üz-üzə gəlib. Vizelada oynanılacaq qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edib. Matçda yığmamız 0:4 hesabı ilə uduzub.
Bakıda keçirilən ilk oyunda Portuqaliya yığması 4:1 hesablı qələbə qazanıb. Portuqaliya ümumi nəticədə 8:1 hesabı ilə qalib gələrək mərhələ adlayıb. Azərbaycan millisi isə mübarizəni dayandırıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta