AZ

Türkiyə mətbuatı, 30 oktyabr 2024

 

“Hürriyet”: Cümhuriyyətimizin 101-ci ildönümü coşqu ilə qeyd olundu

  29 Oktyabr – Türkiyə Respublika Günü bütün ölkədə coşqu ilə qeyd olundu. Paytaxt Ankarada tədbirlərin ilk ünvanı Anıtkabir mavzoleyi oldu. Türkiyənin hər yerində rəngli və möhtəşəm görüntülər ortaya çıxdı.

“Sabah”: Ərdoğan “Vətənimizin yaşaması üçün hər cür şey edirik

  Türkiyə prezidenti R.T.Ərdoğan 29 Oktyabr - Respublika Bayramı tədbirləri çərçivəsində Atatürk mavzoleyini ziyarət edib və Anıtkabir Xatirə Dəftərinə bu ürək sözlərini yazıb: “Bölgəmizdə sərhədlərin bir əsr əvvəl olduğu kimi qan və gözyaşı ilə çəkilmək istənildiyi bir vaxtda ölkənin yaşaması və təhlükəsizliyini qorumaq üçün hər cür tədbir görürük”.

“Yeni Şafak”: Ərdoğan “Xainlərə qarşı qətiyyətli işimizi davam etdirəcəyik”

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TAİ-nin mərkəzi kampusunda keçirilən T625 Gökbey Helikopterinin Təslim Mərasimindəki çıxışında burada törədilmiş terror hücumuna toxunaraq bildirib: "Bu cür xain hücumlar terrorla mübarizədə qətiyyətimizi heç vaxt sarsıda, bizi geriyə döndərə və yolumuzdan edə bilməz. Xainlərə inad daha çox çalışıb, daha çox istehsal edəcəyik".

“Haber Türk”: ABŞ bələdiyyəsi 29 Oktyabrı Türkiyə Cümhuriyyəti Günü elan etdi

  ABŞ-ın Texas ştatının böyük rayonlarından olan Planonun meri Con Mans oktyabrın 29-nu şəhərdə Türkiyə Cümhuriyyəti Günü elan edib.

“Star”: 317 milyonu keçdi

  Türkiyə aviasiyası üçün mühüm mərhələlərdən biri sayılan İstanbul Hava Limanı açılışından 6 il ildir ki, bu günə kimi 317,7 milyondan çox sərnişini qəbul edib.



Seçilən
64
trt.net.tr

1Mənbələr