AZ

“Meysəri” şərab zavodu ilə bağlı nə qərar veriləcək?

“Şirvan Şərabları” MMC (“Meysəri” şərab zavodu) ilə bağlı başladılmış iş baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilib.

Tribunainfo.az xəbər verir ki, şərab şirkətinin İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsini ppzduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə, fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Şirkətlə bağlı işə 6 noyabr tarixində hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, “Şirvan Şərabları” MMC-nin icraçı direktoru Ceyhun Soltanovdur

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar

Seçilən
55
tribunainfo.az

1Mənbələr