Noyabrın 2-dən 9-dək Ər-Riyadda keçiriləcək WTA Final turnirinin qrup mərhələsinin püşkü atılıb.
Püşkatmaya əsasən, “Bənövşəyi qrup”da Arina Sabalenko (Belarus, 1), Jasmin Paolini (İtaliya, 4), Yelena Rıbakina (Qazaxıstan, 6), Jenq Qingven (Çin, 7), “Narıncı qrup”da isə İqa Şvyontek (Polşa, 2), Kori Qauff (ABŞ, 3), Cessika Pequla (ABŞ, 6), Barbora Krejçikova (Çexiya, 8) yer alıb.
Final turnirinin hazırkı qalibi polşalı İqa Şvyontekdir. Ötənilki finalda o, amerikalı Cessika Pequlanı 6:1, 6:0 hesabı ilə məğlub etmişdi.