AZ

Rusiyada 10 yaşlı qız ordunu nüfuzdan salmaqda təqsirli bilinib

Saki şəhərində 10 yaşlı qız rus ordusunu gözdən salmaqda təqsirli bilinib.

Herbiand.az bildirir ki, bu barədə Krım Respublikasının Daxili İşlər Nazirliyi öz saytında məlumat yayıb.

İdarədən bildiriblər ki, sosial şəbəkələrdə monitorinq apararkən yeniyetmələrlə iş şöbəsinin əməkdaşları Rusiya Silahlı Qüvvələrinin gözdən salındığını və dövlət bayrağının təhqir olunduğunu göstərən videoya diqqət çəkiblər. Məlum olub ki, videonun müəllifi 10 yaşlı məktəbli qızdır.

Nəticədə uşağın anası inzibati məsuliyyətə cəlb edilib. Anaya qarşı valideynlik öhdəliklərini yerinə yetirməmək maddəsi ilə protokol tərtib edilib. Polis bütün materialları şəhərin yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyasına təhvil verəcəklərini vurğulayıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
41
herbiand.az

1Mənbələr