Argentinalı ulduz hücumçu, “İnter Mayami”nin kapitanı Lionel Messi “Qızıl top” mükafatlandırma mərasiminin nəticələrini şərh edib.
Arena.az məlumat verir ki, “Leo” bu barədə özünün rəsmi şəbəkə hesablarından biri üzərindən yazıb.
Argentianlı ulduz qalibləri təbrik edib və həmyerlisi, dünyanın ən yaxşı qapıçısı seçilmiş Emiliano Martinesin uğurunu qabardıb:
“Qızıl top mərasiminin bütün qaliblərini və namizədlərini təbrik edirəm. Xüsusilə Martinesi, nə əlaçıdır, dünyanın ən yaxşı qapıçısı üçün növbəti bir mükafat!”, – Messi paylaşıb.
Xatırladaq ki, 2023/2024-cü illər mövsümünün yekunlarına əsasən, “Aston Villa”nın və Argentina yığmasının qapıçısı Emiliano Martines Fransanın “France Football” nəşrinin seçiminə görə dünyanın ən yaxşı qapıçısına təqdim edilən ənənəci “Lev Yaşin Mükafatın”a layiq görülüb.
“France Football” nəşri ötən mövsümün nəticələrinə görə “Qızıl top”u isə “Mançester Siti”nin ispan dayaq yarımmüdafiəçisi Rodriyə təqdim edib. İlk beşlikdə Vinisius Junior (“Real”) 2-ci, Cud Bellingem (‘Real’) 3-cü, Daniel Karvaxal (“Real”) 4-cü, Erlinq Haland (“Mançester Siti”) isə 5-ci olub.