AZ

Bakı-Qazax yolunda böyük tıxac... -BDYPİ SƏBƏBİNİ AÇIQLADI

Bakı-Qazax yolunda böyük tıxac yaranıb, maşınların hərəkəti dayanıb, sürücülər bunun nə ilə bağlı olduğunu bilmirlər.

 

Senzor.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) isə bildirilib ki, bu, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində Bakı Kənar Dairəvi yolun 6-cı kilometrində uçqun təhlükəsi ilə bağlıdır.

 

"Hazırda sürücülər fasilələrlə buraxılır. BDYPİ-nin Ekoloji nəzarət Bölüyü və Yol Patrul Xidmətinin əməkdaşları ərazidədir. Yolda hərəkət tam məhdudlaşdırılmayıb", - deyə Baş İdarənin məlumatında bildirilib.

 

Qeyd edək ki, bu gün Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında deyilirdi ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsinin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

 

Bununla əlaqədar olaraq avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə gün ərzində Bakı Kənar Dairəvi yolunda avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırıla bilər.

 

Qeyd olunanları nəzərə alaraq, sürücülərdən göstərilən məsələyə anlayışla yanaşılması və müvəqqəti tətbiq edilən məhdudiyyətlərlə əlaqədar alternativ yollardan istifadə edilməsi xahiş olunub.



Seçilən
91
37
senzor.az

10Mənbələr