Çinli texnologiya nəhəngi Xiaomi, oktyabr ayında 20,000 SU7 model elektrik avtomobili təhvil verdiyini açıqlayıb.
Volkswagen pandemiyadan bəri ən aşağı mənfəət marjası açıqladı
FED.az xəbər verir ki, ilin sonuna qədər Xiaomi 100,000 avtomobil çatdırmağı hədəflədiyir. Şirkət, mart ayında təqdim etdiyi SU7 modeli ilə Çin bazarında Tesla Model 3-ə ciddi rəqib olmaq niyyətindədir.
Xiaomi həmçinin idman üslubunda olan SU7 Ultra modelinə əvvəlcədən sifarişləri qəbul etməyə başlayıb. Qiyməti təxminən 814,900 yuan olan bu model 2025-ci ilin martında satışa çıxarılacaq və ilk dəqiqələrdə 3,600-dən çox sifariş alıb. Bu uğur, Xiaomi-nin premium elektrik avtomobil bazarına güclü girişi kimi qiymətləndirilir.
Citi analitikləri Xiaomi-nin 2025-ci ildə 250,000 avtomobil satacağını proqnozlaşdırır və şirkətin premium modellərlə bazarda daha da möhkəmlənəcəyini qeyd edirlər.