Azərbaycan Mərkəzi Bankının (AMB) əsas təşəbbüslərindən biri risk əsaslı nəzarətin tətbiqilə ödəniş sistemlərinin normativ-hüquqi bazasının modernləşdirilməsidir.
Bunu qurumun baş direktoru Vüsal Xəlilov “P.I.T. Exchange” podkastına müsahibəsində bildirib.
O, rəqəmsal ödənişlərin təşviqinin artırılmasının əsas prioritet məsələlərdən biri olduğunu qeyd edib və əlavə edib ki, AMB bu artımı dəstəkləmək, artan əməliyyat məbləğini idarə etmək və istifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə öz infrastrukturunu müasirləşdirir.