AZ

Xəzərin Qazaxıstan sahilində 300 ölü suiti aşkarlanıb

Son günlər Qazaxıstanın Mangistau vilayətində - Xəzər dənizinin sahilində tapılan ölü suitilərin sayı xeyli artıb.

AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, oktyabrın 24-dən 29-dək olan müddətdə sahildə aparılan monitorinqlər zamanı 289 suiti cəsədi aşkar edilib.

Daha əvvəl sahildə 150-dən çox ölü suiti tapıldığı bildirilmişdi. Qərbdən əsən tufan küləyi nəticəsində suiti cəsədləri sahilə çıxıb. Onların ölüm səbəbləri müvafiq laboratoriya araşdırmalarından sonra məlum olacaq.

Qeyd edək ki, Xəzər suitisi endemikdir və Xəzər dənizinin faunasında məməlilərin yeganə nümayəndəsidir. Onun əsas qidası balıqlar - əsasən, siçovullar, həmçinin molyuska və krevetlərdir.

Bu heyvanların yaşam tərzi mövsümi miqrasiya ilə xarakterizə olunur; onlar qışda dənizin şimal hissəsində cəmləşir, istilərin başlaması ilə Orta və Cənubi Xəzər dənizinə miqrasiya edirlər.

2024-cü ilin iyulunda Qazaxıstan hökuməti elmi araşdırmalar üçün 156 Xəzər suitisinin götürülməsinə icazə verib. Onların məqsədi bu nadir və nəsli kəsilməkdə olan növlərin daha dərindən öyrənilməsi üçün heyvanları etiketləməkdir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
31
1
xalqqazeti.az

2Mənbələr