AZ

COP29 üçün 60 təcili yardım briqadası ayrılıb

Hazırda 60 təcili yardım briqadası COP29 konfransı üçün ayrılıb. Bizim briqadalar 24 saat ərzində fəaliyyət göstərəcəklər.

"Unikal" xəbər verir ki, bunu TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov COP29 çərçivəsində tibbi xidmətin təşkilinə dair keçirilən brifinqdə deyib.

A.Nəsirov qeyd edib ki, 100-dən artıq həkim Təcili Tibbi Yardım xidmətinə işə götürülüb: "Onlar ilkin tibbi xidmət və ingilis dili ilə bağlı təlimlərə cəlb edilib. Bundan əlavə, əlavə ehtiyat briqadalar da yaradılıb. Bizim Çağrı Mərkəzində fəaliyyət göstərən personalı ingilisdilli komandayla əvəz etmişik",- deyə A.Nəsirov qeyd edib.

Seçilən
35
1
unikal.az

2Mənbələr