Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında iqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsü (BICFIT) müzakirə edilib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
İqlim maliyyəsi, #investisiya və #ticarət üzrə Bakı Təşəbbüsü (BICFIT) #iqlim maliyyəsi, investisiya, ticarət və dayanıqlı inkişaf məsələlərini bir araya gətirərək qlobal sinerjinin təmin edilməsi istiqamətində əhəmiyyətli perspektiv vəd edir. #BMT-nin Ticarət və İnkişaf üzrə… pic.twitter.com/bRldNmXQiZ
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 30, 2024
"BICFIT iqlim maliyyəsi, investisiya, ticarət və dayanıqlı inkişaf məsələlərini bir araya gətirərək qlobal sinerjinin təmin edilməsi istiqamətində əhəmiyyətli perspektiv vəd edir. BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının baş katibi xanım Rebeka Qrinspan ilə videokonfrans formatında keçirdiyimiz görüşdə COP29 çərçivəsində baş tutacaq BICFIT-ə dair Yüksək Səviyyəli Görüşə hazırlığı müzakirə etdik. İqlim maliyyəsinin inklüziv əsaslarla formalaşdırılması, özəl sektorun potensialından istifadə və qlobal dekarbonizasiya prosesində BICFIT-in mühüm rol oynaya biləcəyini vurğuladıq", - deyə o qeyd edib.