Azərbaycana 5 ədəd tam elektrikli təcili yardım avtomobili gətirilib.
Axar.az xəbər verir ki, sözügedən maşınlar bu gün Yeni klinikada COP29 çərçivəsində Tibbi xidmətin təşkilinə dair keçirilən mediaturda nümayiş olunub.
Bildirilib ki, 2024-cü il istehsallı ambulanslar sürətli şarj olunma qabiliyyəti, həyəcan işıqlanma siqnalları sistemi, tibbi təyinatlı cihaz, avadanlıqlarla təchizat üçün funksionallıq, eləcə də arakəsmə və dolablarla təchiz edilmə kimi xüsusiyyətlərə malikdir.