AZ

“Ekoloji siyasət və dayanıqlı inkişaf” mövzusunda gənclərlə görüş keçirildi - FOTO

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında gənclərlə silsilə görüşlər davam edir. Gənclərlə növbəti görüş “Ekoloji siyasət və dayanıqlı inkişaf” mövzusunda Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı, Milli Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov ilə olub.
Manset.az xəbər verir ki, ilk öncə YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib. Görüşdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında bildirib ki, Azərbaycan Respublikasının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən ekoloji siyasətinin əsas mahiyyəti insanların ekoloji təmiz mühitdə yaşamasını təmin etmək məqsədilə ekosistemlərin qorunması, təbii sərvətlərdən səmərəli istifadə olunması ilə dayanıqlı inkişafın təmin edilməsi, ətraf mühitə minimal zərərli təsir, onun ilkin vəziyyətinin bərpası və qorunmasından ibarətdir. Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə istiqamətində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”, “Yerin təkinin geoloji öyrənilməsinə və mineral-xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı” və digər proqramlar çərçivəsində tədbirlər həyata keçirilir. Bütün bu qeyd olunan proqramlar həm də, əldə olunan tarixi Qələbələrdən sonra azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda da uğurla icra olunur. Bu gün ölkəmizin ümumdünya ekoloji proseslərə, eləcə də, ekoloji təhlükəsizliyin müsbət inkişafına tövhələr verir. Bununda ən böyük sübutu noyabr ayının 11-22 -də ölkəmizin nüfuzlu COP29 beynəlxalq konfransına evsahibliyi etməsidir. Qeyd olunan zamanda dünyanı düşündürən ekoloji məsələlər Bakıda müzakirə olunacaq. Çıxış edən Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı, Milli Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov vurğulayıb ki, ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən ekoloji siyasətin əsas missiyası insanların ekoloji təmiz mühitdə yaşamasını təmin etmək məqsədilə ekosistemlərin qorunması, təbii sərvətlərdən səmərəli istifadə olunması ilə dayanıqlı inkişafın təmin edilməsi, ətraf mühitə minimal zərərli təsir, onun ilkin vəziyyətinin bərpası və qorunmasından ibarətdir. Ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması üçün iqtisadi və insan potensialının müasir üsullarla idarə edilməsi, indiki və gələcək nəsillərin rifahının yaxşılaşdırılmasını təmin edən, stimullaşdıran iqtisadi modellərin, texnologiyaların istifadəsi, insanın həyat fəaliyyətini təmin edə biləcək ekosistemlərin, xüsusilə biomüxtəlifliyin qorunub saxlanılması vəzifə olaraq qarşıya qoyulmuşdur. Qeyd olunub ki, əldə olunan tarixi Zəfərlərdən sonra işğaldan azad edilmiş ərazilərimizin bərpası işləri çərçivəsində bu ərazilərdə təbii ehtiyatların və ətraf mühitin mövcud vəziyyəti araşdırılır, məhv edilmiş ekosistemlərin bərpası üzrə  proqramlar icra edilir, üzərində nəzarət bərpa edilmiş təbii resursların ölkə iqtisadiyyatına reinteqrasiyası sahəsində aidiyyəti üzrə tədbirlər icra edilir. Ölkəmiz beyənlxalq səviyyədə də ekoloji siyasətə öz tövhəsini verməkdədir. Bunun ən böyük nümunəsi cari ilin noyabr ayının 11-22 tarixlərində ölkəmizin COP29 kimi böyük və nüfuzlu beynəlxalq tədbirə evsahibliyi etməsidir. Görüşdə gənclərin çoxsaylı sualları cavablandırılıb. Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib. Sonda xatirə şəkli çəkdirilib.

 

Seçilən
13
1
manset.az

2Mənbələr