AZ

"Şəkər çuğunduru əkininin genişlənməsi yerli istehsalı artıra bilər"- QHT sədri

QHT.az xəbər verir ki, İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli ölkənin şəkər və onun istehsalı üçün xammal idxalına böyük asılılığını vurğulayaraq, yerli istehsalın artırılması üçün şəkər çuğunduru əkin sahələrinin genişləndirilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, xüsusilə işğaldan azad edilmiş ərazilər, o cümlədən Qarabağ iqtisadi rayonu bu məqsəd üçün böyük imkanlara malikdir.

Kərimli bildirir ki, bu addım yalnız daxili tələbatı qarşılamaqla qalmayıb, həm də Gürcüstan, İran, Qazaxıstan və Türkmənistana şəkər ixracını artırmaq imkanı yaradacaq. “Bu, qeyri-neft sektorunun inkişafı və məşğulluğun artması baxımından da əhəmiyyətlidir, çünki istehsalın genişlənməsi yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq,” – deyə o əlavə edib.

 

Pərvanə Fərhadqızı

Seçilən
118
6
qht.az

6Mənbələr