"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Williams" pilotu Franko Kolapinto komandasını dəyişə bilər.
"Report" xəbər verir ki, "Auto Motor und Sport" nəşri məlumat yayıb.
Fransanın "Alpin" kollektivi 21 yaşlı sürücü ilə maraqlanır. Tərəflər 2026-ci il üçün müqavilə bağlaya bilər.
Daha əvvəl "Red Bull" və "Kick Sauber"in də gənc pilotla maraqlandığı bildirilib.
Qeyd edək ki, Franko Kolapinto sentyabrda Bakıda keçirilmiş Azərbaycan Qran-prisində 8-ci yeri tutub.
"Cebheinfo.az"