"Sportinq"i rusiyalı mütəxəssis çalışdıra bilər.
Titul.az xəbər verir ki, söhbət Sergey Yurandan gedir.
Məlumatı Rusiya mediasına açıqlamasında agent Paulo Barbosa verib:
"Düşünürəm ki, Yuranın Portuqaliyada hansısa problemi olmayacaq. Amorim "Braqa"da bir neçə ay işlədikdən sonra "Sportinq"ə gəlib. Lissabon təmsilçisi istənilən çalışdırıcıya şans verə bilər. Yuranı Portuqaliyada hamı tanıyır. Burada oynayıb. Çempion olub. Portuqalca bilir. Onun bu ölkədə çalışmaq variantı yüksəkdir".
Maraq üçün bildirək ki, Sergey Yuran 2011-ci ildə Azərbaycan Premyer Liqasında çıxış edən "Simurq"u çalışdırıb. //offsideplus.az