"Sahil" metrosu qarşısında böyük izdiham yaranıb.
Publika.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə foto yayılıb.
Bildirilir ki, izdihama görə stansiyaya girmək mümkün deyil. Uzun yoxlanışdan sonra metrostansiyaya sərnişinlərin buraxıldığı vurğulanıb. Bənzər vəziyyət "İçərişəhər" metrostansiyası qarşısında da yaranıb.
Mövzu ilə bağlı Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədova sorğu ünvanlanıb.
"Heç bir texniki problem yoxdur. Sərnişin sıxlığıdır"