Londonda bir nəfər “meymunçiçəyi” virusunun yeni variantına yoluxub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, həmin vətəndaş Afrikada səyahətdə olarkən virusa yoluxub.
Həmin şəxsin hazırda izoliyasiya olunmuş şəraitdə müalicəsi aparılır.
Qeyd edək ki, “meymunçiçəyi” virusunun yeni variantı ilk dəfə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bu ilin avqust ayında Konqo Demokratik Respublikasında aşkar olunub.