Azərbaycanın veteran cüdoçuları noyabrın 4-dən 7-dək ABŞ-nin Las-Veqas şəhərində dünya çempionatında iştirak edəcəklər.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti açıqlayıb.
Mundialda 68 ölkədən 1500-ə yaxın idmançı qatılacaq.
Azərbaycan yarışda kişilər arasında 8 yaş kateqoriyası üzrə 9 idmançı ilə, qadınlar arasında isə F5 yaş kateqoriyası üzrə Zülfiyyə Hüseynova (70 kq) ilə təmsil olunacaq.
Veteranlardan ibarət komandamıza baş məşqçi Fərhad Rəcəbli rəhbərlik edəcək.
Qadınlar
F5 yaş kateqoriyası
70 kq.
-Zülfiyyə Hüseynova
Kişilər
M1 yaş kateqoriyası
-81 kq.
Ramil Allahverdi
-90 kq.
Mərdan Qədirli
M2 yaş kateqoriyası
81 kq.
Ramil Danziyev
M3 yaş kateqoriyası
100 kq.
İntiqam Ələkbərov
Valeri Fomin
Nizami Məmmədov
M6 yaş kateqoriyası
+100 kq.
Qabil Qasımov
M7 yaş kateqoriyası
90 kq.
Nazim Əliyev
M8 yaş kateqoriyası
90 kq.
Fərhad Rəcəbli
Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaq.
Azərbaycan Cüdo Federasiyası tərəfindən Sabunçuda master klass təşkil olunub
Bakıda təşkil olunacaq "Böyük dəbilqə"nin tarixi bəlli olub
Hidayət Heydərov: "Yay Olimpiya Oyunlarından bəri həyatımda çox şey dəyişdi"
Bakıda Avropa Cüdo Birliyinin beynəlxalq tibbi seminarı keçirilir
Millimiz Malaqada təlim-məşq toplanışında